FHNə işə düzəltmək adı ilə daha bir dələduzluq
Digərləri 30 Haz 2025 15:36:00 82 0
Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə daha bir dələduzluq cinayəti baş verib.
Bu haberi de oku: Qaxda çoban iti sakinlərə hücum etdi Durumları ağırdır
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Zahir Hümbətov adlı vətəndaş oğlu Mehmanı FHN-ə işə düzəltmək istəyib.
Tanışlarından biri onu Mahir Məmmədov adlı şəxslə görüşdürüb. Mahir Məmmədov özünü Zahir Hümbətova yüksək vəzifəli məmurlarla əlaqəli şəxs kimi təqdim etməklə onun inamını qazanıb. Daha sonra Mahir Məmmədov Zahir Hümbətova 10 000 manat müqbailində oğlunu işə düzəldəcəyini deyib. Zərəçəkmiş onun sözlərinə inanaraq deyilən məbləği verib.
Lakin Mahir Məmmədov verdiyi vədi yerinə yetirəyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Mahir Məmmədov saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb.
Mahir Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyərək dəymiş zərərin 7700 manatını geri qaytardığını bildirib.
Məhkəmənin hökmü ilə Mahir Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanıldığı və ev dustaqlığında olduğu 2 ay, 11 gün müddət 1 günə 2 gün hesabı ilə verikmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 1 ay, 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bundan əvvəl keçmiş hakim köməkçisi İlqar İmamverdiyevin FHN-ə işə düzəltmək adı ilə dələduzluq etdiyi barədə məlumat vermişdik.