Moskvada güclü partlayış baş verdi


Digərləri 30 Haz 2025 15:33:00 84 0

Moskvada güclü partlayış baş verdi

Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri sosial mediada yayılıb.

Son.az xəbər verir ki, hadisə iyunun 30-da qeydə alınıb və "Shot Telegram" kanalı tərəfindən yayımlanan müşahidə kamerası görüntülərində binanın aşağı hissəsindən alov topunun püskürdüyü, partlayış dalğasının isə yaxınlıqdakı avtomobili sıradan çıxardığı görünür.

Partlayışdan sonra baş verən yanğın artıq söndürülüb və ilkin məlumata görə, tələfat qeydə alınmayıb.

Hadisənin ilkin versiyasına görə, Plexanov küçəsində avtomobil partlayıb. Lakin sonradan bəzi "Telegram" kanalları insidentə səbəb kimi dizel generatorunun partlamasını göstərib. Hazırda hadisənin dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.


Habere ait video