İnsanbeyin interfeysi reallığa çevrildi – "Neuralink"dən uğurlu nəticələr
Digərləri 30 Haz 2025 20:17:00 89 0
İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" tərəfindən bu günə qədər cəmi 7 nəfərə beyin çipi yerləşdirildiyi açıqlanıb.
Bu haberi de oku: Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Son.az xəbər verir ki, məlumatı ABŞ-da yerləşən Barrow Nevroloji İnstitutu paylaşıb. Şirkətin N1 adlı beyin implantı ilk dəfə ötən il insan üzərində sınaqdan keçirilib. Çip beynin siqnallarını kompüterə ötürərək, fiziki məhdudiyyətli şəxslərə düşüncə gücü ilə cihazları idarə etmək imkanı verir. İndiyə qədər implantasiya olunan şəxslərin hamısının vəziyyəti qənaətbəxşdir. Çiplə yaşamağa başlayan xəstələrin siyahısı: Noland - "Neuralink" çipi alan ilk xəstədir. Fiziki qüsuruna baxmayaraq, artıq video oyunları oynaya bilir. Alex - Əvvəllər atelyedə işləyib. İndi çip sayəsində 3D maşın hissələri dizayn edir. Brad - "Neuralink"in ilk ALS (Sinir sisteminə təsir edən və əzələlərin tədricən zəifləməsinə, iflicə səbəb olan proqressiv sinir sistemi xəstəliyidir) xəstəsidir. Hərəkət və danışma qabiliyyətini itirmişdi, çip vasitəsilə ailəsi ilə ünsiyyət qurmağa başlayıb. Mike - Keçmiş geodeziya texniki (Yerin səthinin ölçülməsi, xəritələrin hazırlanması və tikinti sahələrində dəqiq ölçmə işləri ilə məşğul olan mütəxəssisdir). "Neuralink" sayəsində tam iş günü işləyən ilk xəstədir. Hazırda evdən işləyir və ailəsini təmin edə bilir. Qeyd edək ki, "Neuralink"in məqsədi gələcəkdə bu texnologiyanı daha geniş yaymaq və hərəkət imkanlarını itirmiş şəxslərin həyat keyfiyyətini yüksəltməkdir.