Səfərov qardaşlarının nəşi təhvil verildi
Digərləri 30 Haz 2025 14:40:00 70 0
Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.
Bu haberi de oku: Gəncədə qonşular arasında dava yaşlı qadın bıçaqlandı
Son.az xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.
Daha əvvəl Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.
Kaynak: milli.az