Ağdamda minaya düşən şəxsin SON VƏZİYYƏTİ


Digərləri 30 Haz 2025 11:07:00 67 0

Ağdamda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Son.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib:

"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".

Qeyd edək ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.