“Gəncəli Mübariz” xərçəngə tutuldu Vəziyyəti ağırdır
Digərləri 30 Haz 2025 11:19:00 65 0
25 ildir həbsdə saxlanılan "Gəncəli Mübariz" kimi tanınan Mübariz Ramiz oğlu Niyazovun səhhətində ciddi ağırlaşmalar qeydə alınıb.
Bu haberi de oku: Günün qoroskopu: gələn xəbərlər sizi sevindirə bilər
Son.az xəbər verir ki, 72 yaşlı Mübariz Niyazovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, o, 1 dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 2 dəfə isə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bununla yanaşı Mübariz Niyazovun digər xəstəliklərdən də əziyyət çəkdiyi, ürəyinə 4 stend yerləşdirilidiyi bildirilib. Bu ilin 2 iyun tarixində stendin dəyişdirilməsi zamanı isə o, kliniki ölüm keçirib.
Qeyd edək ki, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən "Gəncəli Mübariz" ömürlük həbs cəzasına məhkum edilib və 25-ildir ki, cəzaçəkmə müəssisəsindədir.