Qəzaların qarşısını alan gizli bacarıq: Sürücülükdə niyə hər kəs bunu öyrənməlidir?


Digərləri 29 Haz 2025 12:02:00 78 0

Qəzaların qarşısını alan gizli bacarıq: Sürücülükdə niyə hər kəs bunu öyrənməlidir?

Yeni sürücülərin təhlükəsizliyi üçün əsas bacarıq: İdarəolunan manevr texnikası....

Yeni sürücülərin yol hərəkətində təhlükəsizliyini təmin etmək üçün əsas bacarıqlardan biri - idarəolunan manevretmə qabiliyyətidir.

Son.az xəbər verir ki, bu barədə Pravda.ru portalı avtomobil ekspertlərinə istinadla məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, sürücünün gözlənilməz yol şəraitinə düzgün və vaxtında reaksiya verməsi, qəzaların qarşısının alınmasında həlledici rol oynayır. İdarəolunan manevr - qəfil yaranan maneələrə (digər nəqliyyat vasitələri, sürüşkən yol, çətin hava şəraiti və s.) təhlükəsiz və effektiv reaksiya verməyə imkan yaradan praktiki texnikadır.

Ekspertlər vurğulayırlar ki, yeni sürücülər arasında ən geniş yayılmış səhvlərdən biri - yüksək sürətə güvənərək riskli manevrlərə cəhd etməkdir. Halbuki təhlükəsiz sürücülük, sürətdən çox, şəraitə uyğun qərarvermə və düzgün idarəetmə vərdişləri ilə bağlıdır.