Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var


Digərləri 29 Haz 2025 10:40:00 68 0

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə alınıb.

Belə ki, 75-TA-349 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobillə 68-BD-131 dövlət nömrə nişanlı "QAzel" markalı avtomobil toqquşub. Qəzada ölən və yaralananlar var.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır./APA