Osmanlı qəbiristanlıqlarında qorxu səhnələri Arxivlərdən şok məlumatlar


Digərləri 29 Haz 2025 15:38:00 71 0

Osmanlı qəbiristanlıqlarında qorxu səhnələri  Arxivlərdən şok məlumatlar

Osmanlı imperiyasında yalnız xalq inancı kimi qəbul edilən "hortlak" və ya "obur" adlandırılan varlıqların varlığına dair rəsmi sənədlərin mövcud olduğu məlum olub.

Son.az-ın əldə etdiyi məlumatlara əsasən, bu varlıqlarla bağlı rəsmi yazışmalar, fətvalar və qəzet xəbərləri əsrlərlə əvvəl qeydə alınıb.

Tarixçilərin və araşdırmaçıların üzə çıxardığı sənədlərə görə, 16-cı əsrdə Osmanlı şeyxülislamı Ebüssüdd Əfəndi Balkan bölgəsində baş vermiş "hortlak" hadisələrinə dair bir neçə fətva verib. O dövrdə vəfat etmiş şəxslərin "hortlağa" çevrildiyi iddiası ilə məzarlarının açılması, cəsədin ürəyinə kəskin mizraq batırılması, bəzən isə yandırılması tövsiyə olunub.

1833-cü ildə Osmanlı dövlət qəzetlərindən biri olan "Takvim-i Vekayi"də Tırnovada (indiki Bolqarıstan ərazisində) baş vermiş "hortlak" hadisəsinə dair məlumat dərc olunub. Məlumatda yerli sakinlərin gecələr evlərə girən, əmlaka ziyan vuran və insanlara qorxu saçan varlıqlardan xilas olmaq üçün tədbir gördükləri qeyd edilir.

Məşhur səyyah Evliya Çələbi də "Seyahatnamə"sində bu tip varlıqlardan bəhs edib. O, "obur" adlandırdığı məxluqların qəbirdən çıxaraq gecələr insanlara görünməsindən yazır və onlara qarşı istifadə edilən xalq üsullarını sadalayır.