Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?
Digərləri 29 Haz 2025 18:00:00 77 0
Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Bu haberi de oku: Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım"
Məlumata görə, zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb. Onların arasında azyaşlılar da var. Artıq 26 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Bəs dönər kimi geniş istehlak olunan məhsullarda zəhərlənmə riskini artıran əsas texnoloji və gigiyenik çatışmazlıqlar nələrdir? Həmçinin, kütləvi zəhərlənmə halları baş verdikdə vətəndaşlar ilk olaraq hansı quruma müraciət etməlidirlər? Vətəndaşlar qida zəhərlənməsinə görə məsuliyyət daşıyan müəssisədən bu kimi hallarda kompensasiya tələb edə bilərmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, bu cür hallar yalnız fərdi sağlamlığa deyil, bütövlükdə ictimai təhlükəsizliyə ciddi təhdid yaradır:
"Tovuzda baş verən kütləvi zəhərlənmə hadisəsi bir daha göstərdi ki, hazır ət məhsullarının, xüsusilə dönərin istehsalı və satışı sahəsində ciddi texnoloji və gigiyenik nəzarət vacibdir. Bu cür hallar təkcə sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə təhdiddir".
Nutrisioloq, dönər kimi məhsullarda zəhərlənmə riskini artıran əsas texnoloji və gigiyenik çatışmazlıqları da açıqlayıb.
"Bu çatışmazlıqların vaxtında aradan qaldırılmaması kütləvi zəhərlənmələrə səbəb ola bilər. Bunlardan birincisi, ətin keyfiyyətsiz və ya vaxtı keçmiş olmasıdır.
Soyuq qida zənciri (Qida təhlükəsizliyi qaydalarına görə, soyuq yerdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq daşınma, saxlanma və satış kimi istehlaka qədərki bütün pillələrdə tətbiqi məcburi olan prosesə soyuq zəncir deyilir. Burada məqsəd qidanın istehlakçı üçün risk təşkil etməməsidir) pozulmuş ətlər bakteriyaların çoxalmasına şərait yaradır.
Ətin doğru bişirmə texnikaları ilə marinad (ətin ədviyyatlı qarışıqda gözlədilmə prosesidir) edilməməsi və ya uzun müddət saxlanılması da zəhərlənməyə səbəbdir. Marinad məhsulun keyfiyyətini qoruyur, lakin uzun müddət saxlanıldıqda bu, zəhərlənməyə səbəb ola bilər.
Həmçinin, qızartma temperaturunun və müddətinin qeyri-kafi olmasını da göstərə bilərik. Ət tam bişmədikdə "Salmonella, E.coli" kimi bakteriyalar sağ qalır.