Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?
Digərləri 29 Haz 2025 17:35:00 62 0
Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yarada bilər.
Bu haberi de oku: Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, alimlər bu ssenarinin reallaşma ehtimalının çox aşağı olduğunu bildirsələr də, tamamilə mümkünsüz olmadığını vurğulayırlar.
Kainat daim hərəkətdədir. Planetlər, ulduzlar, qara dəliklər və digər səma cisimləri öz orbitləri və ya təyin edilməmiş şəkildə kosmosda hərəkət edirlər. Elm adamları bu günə qədər orbitdən çıxmış planetlər və sərbəst qara dəliklərə dair çoxsaylı sübutlar təqdim ediblər. Lakin son araşdırma, indiyə qədər üzərində çox dayanılmayan bir riski gündəmə gətirib: Günəş sisteminə yaxınlaşan sərbəst ulduzların fəsadları.
Bu tip bir ssenari ilk baxışda yalnız elmi-fantastik filmlərə uyğun bir fikir kimi görünsə də, reallıqdan uzaq sayılmır. Əgər belə bir ulduz Günəş sisteminə yetərincə yaxınlaşarsa, Yer də daxil olmaqla bütün planetlərin orbital sabitliyi təhlükəyə düşə bilər.
"İcarus" elmi jurnalında yayımlanan araşdırmada bildirilir ki, təyin edilməmiş hərəkət edən bir ulduzun yaxın keçidi planetlərin orbitində ciddi qeyri-sabitliklərə səbəb ola bilər. Ən pis ehtimalla, Yer öz orbitindən çıxaraq ya Günəşə doğru sürüklənə bilər, ya da sistemdən tamamilə çıxarıla bilər. Hər iki halda, Yer kürəsinin yaşanılabilir olması ciddi təhlükə altına düşər.
Bu ssenarilər qorxuducu səslənsə də, onların baş vermə ehtimalı olduqca aşağıdır. Lakin bu, alimlərin belə ehtimalları araşdırmasına mane olmur. NASA da daxil olmaqla bir sıra kosmik tədqiqat təşkilatlarının bu cür kosmik təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə və müdafiə texnologiyalarına böyük sərmayələr qoymasının əsas səbəblərindən biri də bu qeyri-müəyyənliklərdir.