Hər 30 uşaqdan 1də gizli təhlükə Mütəxəssislər həyəcan təbili çalır


Digərləri 29 Haz 2025 16:07:00 87 0

Hər 30 uşaqdan 1də gizli təhlükə  Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacibliyinə diqqət çəkiblər.

Avropa Onurğa Cəmiyyətlərinin keçirdiyi "Skoliozla Yaşamaq" adlı beynəlxalq vebinarda qeyd olunub ki, skolioz xüsusilə 10-16 yaşlı yeniyetmələr arasında geniş yayılıb və erkən mərhələdə müdaxilə onun ağırlaşmasının qarşısını ala bilər.

Almaniya və Fransadan olan mütəxəssislərin fikrincə, 10-20° əyrilikdə fiziki terapiya və müşahidə kifayət edir, 20-40° hallarda xüsusi korsetlər tətbiq olunur, 40° və yuxarı əyriliklərdə isə cərrahi müdaxilə tövsiyə olunur.

Fransız ortoped Dr. Anna Lefevre bildirib ki, sadə fiziki baxışlarla belə erkən mərhələdə əyrilik müəyyən oluna bilər və müalicəyə başlamaq mümkündür.

"Skolioz yalnız onurğa problemi deyil, həyat keyfiyyətinə təsir edən faktordur"

Mövzu ilə bağlı Son.az-a açıqlama verən reabilitoloq və fizioterapevt Afaq Azadın sözlərinə görə, skolioz təkcə fiziki deyil, eyni zamanda emosional və psixoloji yüklənməyə də səbəb olur:


Habere ait video