Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Digərləri 29 Haz 2025 15:55:00 68 0
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu haberi de oku: Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam, Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.