Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi
Digərləri 29 Haz 2025 15:00:00 79 0
Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.
Bu haberi de oku: Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyədöyə kabab bişirtdirib, yeyib içdilər"
Son.az xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, axının çəkilməsi nəticəsində sahilə yaxın bölgədə azı dörd ton siyənək balığı daşların arasında qalıb və dənizə qayıda bilməyib.
Hadisə yerində olan yerli sakinlər bildiriblər ki, balıqların qarşısı iri daşlarla kəsilib və onlar hərəkətsiz vəziyyətdə qalıblar. Balıqlara yardım etmək üçün sakinlər və balıqçılar əlbir olaraq daşları kənarlaşdırmağa çalışıblar, lakin səylər uğursuz olub.
Hazırda yerli əhali balıqları yalın əlləri ilə toplayır, sahil boyunca isə qağayılar bu asan ov imkanından aktiv şəkildə istifadə edir.