Diş məcununu soyuducuya qoyun, görün nə olacaq
Digərləri 29 Haz 2025 08:48:00 87 0
Balıq, sarımsaq, soğan və dəniz məhsulları mətbəxdə dadla yanaşı, davamlı qoxu problemi də yaradır.
Bu haberi de oku: Azərbaycanda müavinətlər artırılır Bu tarixdən
Son.az xəbər verir ki, ən güclü yuyucular belə bəzən bıçaq, taxta və qabların üzərindəki qoxunu tam aradan qaldıra bilmir. Amma Yapon evdar qadınlarının tapdığı sadə və ağıllı həll yolu var: dondurulmuş diş pastası kubları.
Pasta donduqda azacıq aşındırıcı effekt yaradır. Bu, səthlərə zərər vermədən ləkə və qalıqları yumşaq şəkildə təmizləyir.
Mentol və nanənin gücü - Diş pastasındakı bu komponentlər sadəcə qoxunu maskalamır, pis qoxu molekullarını neytrallaşdırır.
Silikon buz qəlibi götürün, hər hüceyrəyə diş pastasını üçdə iki qədər sıxın (ağardıcı hissəciksiz klassik pasta seçin), 3-4 saat dondurucuda saxlayın, kubları qapalı qabda saxlayın ki, başqa qoxular hopmasın.
Məsələn, balıq kəsilən taxta bıçaq, boşqab və ya plastik qablara yumşaq dairəvi hərəkətlərlə sürtün. Pastanı səthdə 5-7 dəqiqə, balıq kimi kəskin qoxular üçün isə 15 dəqiqə saxlayın
Əgər siz də mətbəxdə balıq və ya sarımsağın "qoxulu izi" ilə mübarizə aparırsınızsa, bu dondurulmuş diş pastası layfxiki sizin üçün əsl tapıntı ola bilər. (News24.az)