Ucarda "KamAZ" aşdı, BakıQazax yolu bağlandı
Digərləri 29 Haz 2025 14:43:00 81 0
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Son.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Kaynak: milli.az