Nağdsız ödənişdə əngəl: Taksi sürücüləri kartla ödənişdən buna görə imtina edir
Digərləri 29 Haz 2025 13:50:00 58 0
Azərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi şirkətləri bazara daxil olduqca, xidmətin keyfiyyəti və müştəri tələblərinə cavab vermə səviyyəsi də artır. Lakin bu inkişafla yanaşı, kartla ödənişdə bir sıra problemlər hələ də qalır. Əksər taksi sürücüləri, kartla ödəniş edən sərnişinləri qəbul etməkdən imtina edirlər.
Bu haberi de oku: Cümşüd tanınmış şirkətin əməkdaşı imiş FOTO
Bu məsələ, nağdsız ödənişlərin artan dinamikasına baxmayaraq, hələ də ciddi bir maneə olaraq qalır.
Son.az xəbər verir ki mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi sürücüləri qeyri-nağd ödənişləri gec aldığı üçün imtina edir, bu da narazılıqlara səbəb olur:
"Taksi sürücülərinin dediyinə görə, taksi şirkətləri sürücülərin qeyri-nağd formada qazandığı gəlirləri hesabdan onlara çox gec qaytarırlar, bu da taksi sürücüləri üçün müəyyən çətinlik yaradır.Bu səbəbdən bir çox hallarda taksi sürücüləri qeyri - nağd ödənişlərdən imtina edirlər.Bu da müəyyən vaxtlarda sərnişin və sürücülər arasında konflikt yaradır".