Rusiyada təyyarə qəzaya uğradı, pilot həlak oldu –
Digərləri 28 Haz 2025 10:19:00 58 0
Rusiya Federasiyasının Primorsk diyarında yüngül mühərrikli ZLIN-142 təyyarəsi qəzaya uğrayıb. Hadisə Novonejino kəndində, dövlət aviasiya aerodromunun yaxınlığında baş verib.
Bu haberi de oku: Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü 50dən çox azərbaycanlını isə...
Son.az xəbər verir ki, Uzaq Şərq Nəqliyyat Prokurorluğunun verdiyi məlumata görə, qəza bu gün saat 09:45-də qeydə alınıb. Təyyarəni idarə edən 1969-cu il təvəllüdlü pilot hadisə yerində dünyasını dəyişib. Təyyarədə başqa sərnişin olmayıb.
İlkin araşdırmalara əsasən, mərhum təyyarəni pilotluq bacarıqlarını təkmilləşdirmək məqsədilə idarə edirmiş. Qəzanın tam səbəbləri isə hələlik açıqlanmır.
Kaynak: milli.az