Anar Ələkbərov FIA Senatına üzv seçildi


Digərləri 28 Haz 2025 15:13:00 85 0

Anar Ələkbərov FIA Senatına üzv seçildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib. 

Senat FIA-nın idarəedici orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.