Bu yolda niyə teztez ölümcül qəza olur?
Digərləri 28 Haz 2025 15:42:00 82 0
Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndindən keçən hissəsində piyada ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Bu haberi de oku: Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan
Son.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 57 yaşlı Ruhəngiz Babayevanı vurub. Sakinlərin sözlərinə görə, ərazidə tez-tez oxşar qəzalara rast gəlinir.
"Bu yol düz və 3 kilometr uzunluğundadır. Sürücülər sürət həddini aşırlar. Ərazidə radar quraşdırılmalıdır", - deyə yerli sakin bildirib. Sürücü isə hadisə zamanı 100 km/saat sürətlə hərəkət etdiyini bildirib.
Təcili tibbi yardım qadını xəstəxanaya çatdırmağa çalışsa da, o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Asya Son.az