Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi Həbs edildi


Digərləri 25 Haz 2025 15:14:00 83 0

Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi  Həbs edildi

Türkiyədə arvadını bıçaqlamaqda və onunla gizli münasibətdə olan şəxsi qətlə yetirməkdə ittiham olunan Can İlker Behlül Bakıda həbs edilib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları Can İlker Behlülün Azərbaycanda gizləndiyini müəyyən edərək onun ekstradisiyası üçün rəsmi müraciət edib.

Ədliyyə Nazirliyinin nümayəndəsi tərəfindən ağır cinayətdə təqsirləndirilən şəxsin Türkiyəyə təhvil verilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət olunub.