"Sancı hiss etmədən də infarkt keçirmək olur" Həkimdən xəbərdarlıq
Digərləri 25 Haz 2025 20:51:00 71 0
İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi əlamətlərlə də özünü göstərə bilər.
Son.az xəbər verir ki, Yeditepe Universiteti Koşuyolu Xəstəxanasının kardioloqu dosent Mehmet Fatih Yılmaz bu barədə xəbərdarlıq edib.
O bildirib ki, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində infarkt fərqli əlamətlərlə keçə bilər və bu da diaqnozu çətinləşdirir. Son illərdə gənclər arasında da infarkt halları artıb. Siqaret, oturaq həyat tərzi, pis qidalanma və genetik meyillik əsas səbəblərdəndir.
Kaynak: milli.az