Polis bu qadını axtarır
Digərləri 25 Haz 2025 19:44:00 74 0
Goranboyda qadın itkin düşüb.
Bu haberi de oku: Belə yuxular görənlər tez ölür
Son.az xəbər verir ki, Yeniyol kənd sakini 36 yaşlı Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxs qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən gedərkən əynində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Goranboy rayon Polis Şöbəsinin 022 245 30 72 şəhər və 055 885 66 02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. /lent.az