Toy karvanında avtoxuliqanlıq edənlər saxlanıldı


Digərləri 25 Haz 2025 18:39:00 60 0

Toy karvanında avtoxuliqanlıq edənlər saxlanıldı

Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75 BG 750 və 77 DL 088 dövlət qeydiyyat nişanlı iki BMV markalı avtomobilin sürücüləri saxlanılıblar.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.  


Habere ait fotoğraflar