Benzini "klik" səsindən sonra doldurmayın XƏBƏRDARLIQ


Digərləri 25 Haz 2025 23:00:00 74 0

Benzini "klik" səsindən sonra doldurmayın  XƏBƏRDARLIQ

Bir çox sürücü yanacaq buxarlarının nəzarətdə saxlanması üçün quraşdırılan EVAP sisteminin mövcudluğundan və onun necə işlədiyindən xəbərsizdir. Hansı ki, düzgün istifadə edilmədikdə həm təbiətə zərər vurur, həm də avtomobildə ciddi nasazlıqlara yol aça bilər.

EVAP (Evaporative Emission Control System) avtomobilin yanacaq sistemində yaranan benzin buxarlarını atmosferə buraxmadan tutaraq onları yenidən mühərrikə qaytaran sistemdir. Benzin təkcə maye formasında deyil, istidə buxarlanaraq qaz halına da keçir. Əgər bu buxarlar sərbəst buraxılsa, havanı çirkləndirər və həm də yanacaq itkisinə səbəb olar.

EVAP sistemi bu buxarları xüsusi "charcoal canister" (kömür filtri) adlı qurğuda toplayır və lazım olduqda bu buxarı mühərrikə ötürərək yanma prosesində istifadə olunmasını təmin edir. Beləliklə həm təmiz mühit təmin olunur, həm də yanacaq israfı azaldılır.

Benzin çənini tam doldurmaq niyə zərərlidir?

Bir çox sürücü tapança klik etdikdən sonra çəni tam "ağzınacan" doldurmaq vərdişinə malikdir. Bu isə EVAP sisteminin işini pozur. Çünki benzin çəni heç vaxt tam doldurulmaq üçün nəzərdə tutulmayıb - təqribən 5-10% boş yer qalmalıdır. Bu boşluq "buxar yastığı" rolunu oynayır və istilikdə genişlənən benzin və buxarlar üçün təhlükəsiz sahə yaradır.