Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
Digərləri 26 Haz 2025 08:08:00 95 0
Bu ilin yanvar-may aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1,645 milyard manat məbləğində investisiya edilib.
Bu haberi de oku: Nazir bu xəstəxanaya direktor təyin etdi
Son.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 391,9 milyon manat və ya 31,3% artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,194 milyard manatı neft-qaz sektoru, 451,9 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk beş ayındakı göstərici ilə müqayisədə neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 9,6%, qeyri-neft-qaz sektoru üzrə isə 2,4 dəfə artıb.
Qeyd edək ki, ümumilikdə, bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6,695 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb.