Kondisioner bu xəstəlikləri müalicə edirmiş
Digərləri 26 Haz 2025 03:03:00 84 0
Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğulayır ki, kondisionerin əsas faydası - havanı sərinlətdiyi kimi rütubəti azaltmaqdır.
Bu haberi de oku: Paytaxtın üç rayonunda söküntü başlayır Hansı evlər plana düşəcək?
Son.az xəbər verir ki, bu, xroniki tənəffüs xəstəlikləri olan insanların nəfəs almasını yüngülləşdirir.
Belə optimal temperatur və rütubət balansı rahatlıq yaradır.
Xroniki tənəffüs xəstəliklərində rahatlığa səbəb olur
Yüksək temperatur və rütubət, KOAH, astma və bronx xəstəliklərin simptomlarını ağırlaşdırır. Düzgün tənzimlənmiş kondisoner bu simptomların yüngülləşməsində rol oynayır.
Əsas risk - qulluq edilməyən filtr və birbaşa hava axını
Həkim xəbərdarlıq edir: "Təmizlənməyən filtr zamanla bakteriya, göbələk və allergik mikroblar toplayır. Kondisioner işlədikdə bunlar havaya yayılır və infeksiya riskini artırır. Düzgün olmayan xidmət göstərən sistemlərdə bakteriyalar Legioner xəstəliyi yarada bilər".
Sağlamlıq naminə kondisioner istifadəsi üçün tövsiyələr
Otaq temperaturu: 23-26 °C arasında saxlanılmalıdır.
Rütubət səviyyəsi: 40-60 % arası ideal səviyyədir.
Hava axını: Birbaşa bədənə yönəlməməlidir.
Baxım və təmizlik: Filtrlər mütəmadi təmizlənməli, ildə ən azı bir dəfə mütəxəssisə nəzərdən keçirilməlidir.
Havalandırma: Müntəzəm olaraq təbii hava ilə əvəz edilməlidir.
Ani temperatur dəyişiklikləri: Otaq və çöl arasında böyük fərqlərdən qaçmaq vacibdir .