Yayı unudulmaz keçirəcək BÜRCLƏR
Digərləri 26 Haz 2025 09:46:00 72 0
2025-ci ilin yayı bəzi bürclər üçün əsl möcüzə dolu olacaq!
Bu haberi de oku: Avtobusda gərgin anlar: kişi qızı qolundan tutub ÇÖLƏ ATDI VİDEO
Ulduzlar bu bürclərə sevgi, macəra və yeni imkanlar vəd edir. Həm şəxsi, həm də peşəkar həyatlarında böyük dəyişikliklər gözlənilən bu bürclər yayı unudulmaz şəkildə keçirəcək.
Son.az xəbər verir ki, Astroloqların proqnozlarına əsasən, aşağıdakı bürclər üçün bu yay həyatlarının ən yaddaqalan mövsümünə çevriləcək:
ƏQRƏB (23 oktyabr - 21 noyabr)
Əqrəblər üçün bu yay ehtiras, sirli tanışlıqlar və daxili dəyişikliklərlə dolu olacaq. İstər səyahətdə, istərsə də gündəlik həyatlarında qarşılarına çıxan yeni insanlar həyatlarına rəng qatacaq. Ulduzlar Əqrəblərə sevgi sahəsində böyük sürprizlər vəd edir.
OXATAN (22 noyabr - 21 dekabr)
Macərapərəst Oxatanlar üçün bu yay əsl səyahət və yenilənmə vaxtıdır. Xarici ölkəyə səyahət, yeni dostluqlar və gözlənilməz fürsətlər bu bürcü gözləyir. Qərar verdikləri hər addım onların gələcəyinə müsbət təsir edəcək.
ŞİR (23 iyul - 22 avqust)
Şirlər üçün yay parlaq və enerjili keçəcək. Onlar diqqət mərkəzində olacaqlar, sevgi həyatlarında hərarətli günlər gözlənilir. Karyera sahəsində də mühüm irəliləyişlər mümkündür. Ən əsası isə, Şirlər bu yay özlərinə daha çox güvənəcək və arzularının dalınca gedəcəklər.