Azərbaycanda səhər saatlarında DƏHŞƏT:


Digərləri 26 Haz 2025 09:25:00 60 0

Azərbaycanda səhər saatlarında DƏHŞƏT:

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

Son.az xəbər verir ki, hərəkətdə olan yük maşını "QAZ-2410" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.