Goranboyda 36 yaşlı qadın itkin düşdü


Digərləri 25 Haz 2025 17:40:00 68 0

Goranboyda 36 yaşlı qadın itkin düşdü

Goranboyda 36 yaşlı qadın itkin düşüb.

Son.az xəbər verir ki, Goranboy rayon Yeniyol kənd sakini, 1989-cu il təvəllüdlü Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.