Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? DOSYE
Digərləri 25 Haz 2025 11:35:00 76 0
Xəbər verdiyimiz kimi, Mürsəl Qorxmaz oğlu İbrahimova "general-mayor" ali hərbi rütbəsi verilib.
Son.az xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.
1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.
Kaynak: milli.az