Yeni viruslar bu heyvanla bağlıdır
Digərləri 25 Haz 2025 17:24:00 73 0
Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlara təhlükəli olan "Nipah" və "Hendra" viruslarına genetik yaxın iki yeni virus aşkar ediblər. Bu viruslar beyində iltihab və tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Bu haberi de oku: Bir sıra rayonlara prokurorlar təyin edilib
Son.az xəbər verir ki, dörd il davam edən araşdırmada 142 yarasanın böyrəkləri tədqiq olunub və 22 yeni virus, o cümlədən "Henipavirus" cinsinə aid iki virus müəyyən edilib. Bu viruslar meyvə bağları və insan məskənlərinin yaxınlığında yaşayan meyvə yarasalarında tapılıb və sidiklə yoluxa bildiyi üçün çirklənmiş meyvələr vasitəsilə insanlara keçmə riski var.
Həmçinin, tədqiqatçılar yeni protozoa növü "Klossiella yunnanensis" və iki yeni bakteriya növü, o cümlədən "Flavobacterium yunnanensis"i kəşf ediblər.