Trampdan İranla bağlı sərt siqnal: "48 saat sonra hücum əmri verdi"
Digərləri 25 Haz 2025 16:24:00 66 0
İrana birbaşa hücumdan sonra bütün dünyanın diqqəti ABŞ və Prezident Donald Trampa yönəldi. Tramp əvvəlki prezidentlərdən fərqli olaraq, nüvə obyektlərini vurmaqda qətiyyətli oldu və SEPAH generalı Qasım Süleymani 2020-ci il yanvarın 3-də onun prezidentliyi dövründə öldürüldü.
Bu haberi de oku: Generalın qardaşı da general oldu
Son.az xəbər verir ki, keçmiş prezident Corc Buş İranı "şər oxu" kimi qiymətləndirib, Barak Obama isə sabiq prezident Həsən Ruhani ilə nüvə proqramı üzrə razılıq əldə etmək üçün danışıqlar aparıb. Cozef Bayden 2021-ci ildə hakimiyyətə gələndən sonra da İranla danışıqlara fokuslandı, amma nəticə olmadı.
Donald Tramp yenidən prezident seçiləndə İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərib, ABŞ-nin uran zənginləşdirməsinə icazə verməyəcəyini bildirib. İyun ayında iki həftə vaxt versə də, 48 saat sonra İrana hücum əmri verib.