Bakıda mənzillər və kirayə evlər bahalaşdı QİYMƏTLƏR
Digərləri 25 Haz 2025 16:08:00 70 0
2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi alıcı fəallığını artırıb.
Bu haberi de oku: Sertifikasiya başa çatdı: 7 müəllimin nəticəsi
Son.az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.
Onun sözlərinə görə, əsas tələbat yeni tikililərə yönəlib, xüsusilə də təmirli və ipotekaya yararlı mənzillərə maraq yüksəkdir:
"Köhnə tikililərdə isə qiymət artımı dayanıb və azalmalar müşahidə olunur. Bakı şəhərinin mərkəzi rayonlarında qiymətlər 1 kvadratmetr üçün 2500-3200 AZN arasında dəyişir, kənar ərazilərdə isə bu göstərici 1100-1600 AZN-dir.
Kirayə bazarında isə aktivlik daha çoxdur, amma təklif edilən mənzillərin sayı baxımından. Tələbələrin yay mövsümündən kirayələdikləri mənzildən çıxmaları bu bazarda təklifləri çoxaldıb və qiymətlər də mövsümü olaraq bir qədər ucuzlaşıb. Ən çox təklif edilən 1 və 2 otaqlı mənzillərdir. Mərkəzdə 2 otaqlı mənzillərin kirayəsi 500-900 AZN aralığında dəyişir".
Ekspert əlavə edib ki, 2024 və 2025-ci illərin may-iyun aylarında Azərbaycanın əmlak bazarının müqayisəsi göstərir ki, 2025-ci ildə aktivlik və qiymət artımı daha yüksək səviyyəyə çatıb: