Sabah 33° isti olacaq
Digərləri 25 Haz 2025 12:08:00 67 0
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bu haberi de oku: Gəncədə müəllimlər qəzaya düşdü Xəsarət alanlar var
Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Kaynak: milli.az