Gəncədə müəllimlər qəzaya düşdü Xəsarət alanlar var
Digərləri 25 Haz 2025 14:20:00 56 0
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Son.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Vəziyyətləri kafidir.
Kaynak: milli.az