100 manata 9 sm boy uzanması: Azərbaycanda yeni dələduzluq?
Digərləri 25 Haz 2025 12:00:00 60 0
"Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".
Bu haberi de oku: Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz
Son.az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə belə elanlar paylaşılır.
Bir çoxlarının marağına səbəb olan bu elanlar nə dərəcədə realdır?
Həmin elan sahibi ilə əlaqə saxladığımız zaman onlar bildirdi ki, 5-30 yaş arası hər kəsdə boy artımı bu aparatla mümkündür:
"Aparatı onurğa və ayaq nayihəsinə qoşuruq implus ötürərək boy hormonlarınızı aktivləşdiririk. Bir seansda 2-3 sm boy artımı olur. Toplam 3 seansın axırında max boyunuzda 8-9 sm artım olacaq. Bu seansların heç bir əks təsiri yoxdur".
Məsələ ilə bağlı uzman həkim Zöhrə Haşımova bildirir ki, boy ya idmanla, ya da uşaq yaşlarında verilən boy hormonu ilə ya da sümük əməliyyatı ilə arta bilər.