Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz


Digərləri 25 Haz 2025 05:05:00 83 0

Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və baxım üsulları çox önəmlidir. Xüsusilə yay aylarında istilik və nəmlik səbəbindən makiyajın qalıcı olması daha da çətinləşir.

Son.az xəbər verir ki, mütəxəssislər makiyajın üzdə uzunmüddətli qalması üçün bir sıra vacib məqamları tövsiyə edirlər.

Dəriyə düzgün qulluq edin

Makiyajdan öncə dəriyə qulluq əsas şərtdir. Üzünüzü yaxşı təmizləyin, dərinizin tərkibinə uyğun nəmləndirici istifadə edin. Təmiz və nəmləndirilmiş dəri makiyajın daha yaxşı oturmasına və uzunmüddətli qalmasına kömək edir.

Primer (baz) istifadə edin

Makiyaj öncəsi istifadə olunan primer məhsulu ton və tonal krem üçün baza rolunu oynayır. Bu, makiyajın dəriyə bərabər yayılmasını və daha uzun müddət qalmasını təmin edir. Yağlı dəriyə sahibsinizsə, matlaşdırıcı primer seçməyiniz tövsiyə olunur.

Tonal kremi az miqdarda və düzgün yaymaq

Qalın qatlı tonal kremlər gün ərzində dağılaraq makiyajın təbii görünməsinə mane olur. Az miqdarda, fırça və ya süngər vasitəsilə bərabər paylanmış tonal krem həm yüngül, həm də davamlı effekt verir.

Pudradan istifadə edin