"WhatsApp"da yeni dövr Bu funksiya pullu olacaq


Digərləri 25 Haz 2025 11:08:00 86 0

"WhatsApp"da yeni dövr  Bu funksiya pullu olacaq

Dünyanın ən məşhur mesajlaşma platformalarından biri olan "WhatsApp" istifadəçiləri üçün yeni dövr başlayır. Meta şirkəti "WhatsApp"da reklam və ödənişli abunəliklərə əsaslanan yeni funksiyaların tətbiq olunacağını açıqlayıb.

Son.az xəbər verir ki, Meta artıq öz mesajlaşma tətbiqində reklam və kanallar üçün abunə əsaslı sistemlər üzərində işləməyə başladığını rəsmən təsdiqləyib. Yeniliklər çərçivəsində istifadəçilərə "Yeniləmələr" (Updates) sekmesində reklamlar göstəriləcək. Bu tab eyni zamanda biznes hesabları və məzmun yaradıcıları üçün abunəlik modellərinin təqdim olunduğu bir mərkəzə çevriləcək.

Meta-nın məlumatına görə, reklam hədəflənməsi yalnız ölkə, şəhər, dil, izlənilən kanallar və tətbiqdaxili qarşılıqlı əlaqələrə əsaslanacaq. İstifadəçilərin şəxsi mesajları, zəngləri və qrup söhbətləri isə əvvəlki kimi tamamilə şifrələnmiş formada qalacaq. Telefon nömrələri və ya mesaj məzmunları reklam məqsədləri üçün istifadə olunmayacaq.

Yeni reklam modeli Meta Business Manager vasitəsilə Facebook və Instagram reklam infrastrukturu ilə inteqrasiya ediləcək. Reklamçılar bu sistem sayəsində mövcud kampaniyalarını "WhatsApp"a daşıya, istifadəçiləri yaş, cins, dil, maraqlar və cihaz növü kimi meyarlara görə hədəfləyə biləcəklər.