Zelenski Qərbə çağırış etdi: "Rusiyaya qarşı təzyiqi artırmalıyıq!"


Digərləri 25 Haz 2025 11:22:00 59 0

Zelenski Qərbə çağırış etdi: "Rusiyaya qarşı təzyiqi artırmalıyıq!"

Rusiya "Şahed" tipli pilotsuz uçuş aparatları ilə Ukrayna Quru Qoşunlarının Təlim Mərkəzinə hücum edib. Qabaqlayıcı tədbirlər nəticəsində ciddi itkilərin qarşısı alınıb, yalnız bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bu haberi de oku: Sabah 33° isti olacaq

Son.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Sky News"a müsahibəsində atəşkəs məsələsinə toxunaraq bildirib ki, bu, sadəcə müharibənin dondurulmasıdır.

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal etmək məqsədindən əl çəkməyib və atəşkəs yalnız Rusiyaya vaxt qazandıracaq. Zelenski qeyd edib ki, Rusiya Qərbin dəstəyinin azalmasına və ABŞ-nin prosesdən uzaqlaşmasına ümid edərək işğal planlarını davam etdirmək istəyir. Buna görə də Ukrayna müttəfiqlərlə birlikdə təzyiq strategiyasını davam etdirməlidir.