Hörmüz boğazında xaos yaşanır
Digərləri 22 Haz 2025 11:14:00 90 0
ABŞ Hərbi Hava Qüvvələrinin bu gün İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi hava və raket zərbələrindən sonra bölgədə gərginlik pik həddə çatıb. İranın strateji cavab ehtimalları və bölgədə artan təhlükəsizlik riski səbəbindən Hörmüz boğazında əsl xaos yaşanır.
Bu haberi de oku: Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
Son.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bölgədə fəaliyyət göstərən 50-yə yaxın neft tankeri İranın boğazı bağlama ehtimalından və mümkün hərbi qarşıdurmalardan çəkinərək ərazini tərk etməyə çalışır.
Hörmüz boğazı dünya enerji tədarükü üçün son dərəcə önəmli bir strateji keçiddir. Buradan gündəlik təxminən 20 milyon barel neft daşınır ki, bu da qlobal neft ticarətinin təxminən 30%-ni təşkil edir. Bu səbəbdən bölgədə yaranmış gərginlik yalnız regional deyil, eyni zamanda qlobal iqtisadi və enerji bazarlarına da ciddi təsir göstərə bilər.
İran tərəfi isə ABŞ-nin hücumlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.