Bu xidmət icbari tibbi sığortaya daxil olacaq
Digərləri 20 Haz 2025 12:20:00 81 0
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər əsasən ölüm riski yüksək və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərin müalicəsinə yönəlib.
Bu haberi de oku: Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Son.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova məlumat verib.
Onun sözlərinə görə, ilin sonuna qədər ambulator şəraitdə təyin edilən bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır. Bu dərmanlara həzm sistemi ilə bağlı preparatlar və digər vacib vasitələr daxildir.
Bununla yanaşı, kardioloji, travmatoloji, oftalmoloji və digər ixtisaslar üzrə xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.