Azərbaycanlı barmen Türkiyədə iş yoldaşını öldürdü


Digərləri 20 Haz 2025 11:25:00 67 0

Azərbaycanlı barmen Türkiyədə iş yoldaşını öldürdü

Türkiyədə azərbaycanlı barmen qətl törədib.

Son.az türk mediasına istinadla bildirir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib.

Hadisə Alanyanın Çarşı məhəlləsində, barların yerləşdiyi ərazidə baş verib. Eyni sahədə fəaliyyət göstərən barmenlər - Azərbaycan əsilli Məhəmməd M. və Mustafa Arslan arasında hələ ki məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman Məhəmməd M. əlinə keçirdiyi sınıq şüşə butulka ilə Mustafa Arslanın boyun nahiyəsinə ağır xəsarət yetirib.

Hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən ilkin müdaxilə edilən yaralı xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.