Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı


Digərləri 18 Haz 2025 17:00:00 62 0

Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı

Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.

Son.az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağları" adlanan ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.

Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.(qafqazinfo.az)


Habere ait fotoğraflar