Gəncədə faciə yeniyetmə qız yandı


Digərləri 18 Haz 2025 19:29:00 91 0

Gəncədə faciə  yeniyetmə qız yandı

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

Son.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. /APA