Azərbaycanda su qıtlığı gözlənilir? AÇIQLAMA
Digərləri 18 Haz 2025 13:24:00 79 0
Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balansının pozulmasına səbəb olur. Bunun nəticələrindən biri kimi iqlim dəyişikliyi və su qıtlığını göstərmək olar.
Bu haberi de oku: Vardanyanın məhkəməsi keçirilib Zərərçəkmişlər ifadə verib FOTO
Son.az xəbər verir ki, Coğrafiya institutunun hidrologiya şöbəsinin müdiri Rza Mahmudovun sözlərinə görə, su qıtlığı problemi dünyanı cənginə alıb. Su qıtlığı çoxdan başlayıb, buna səbəb keçən əsrin 60-70-ci illərində olan həyəcan təbilinin eşidilməməsinin nəticəsidir. Keçən əsrdə dünyanı idarə edən dövlətlər tərəfindən beynəlxalq formada nəzərə alınsa idi, bu gün temperator daha yaxşı ola bilərdi:
"Ölkəmizdə su ehtiyatları azdır və qıtlığın olması istisna deyil. İqlim dəyişmələri Azərbaycana təsir göstərir. Azərbaycan digər təbii ehtiyatlarla zəngin olsa da, su ehtiyatına görə dünyanın az su təminatı olan ölkələrdəndir. Ölkəmizin su ehtiyatı Cənubi Qafqazın ümumi su ehtiyatının 15 faizini təşkil eləyir. Əhalimizə görə, su ilə tələbataımıza görə də, sahəmizə görə də qonşu ölkələrlə müqayisədə su ehtiyatımız azdır. Bu gün dövlət səviyyəsində çoxsaylı tədbirlərin keçirilməsi, su anbarlarının tikilməsi birbaşa buna yönəlib ki, az təminatlı su ehtiyatı olan ölkəmizdə əhalinin suvarmaya, içməli suya, su təchizatına, şirin suya tələbatını ödəmək üçün optimal istifadə məsələləri qarşılansın".