ETX adından saxta fişinq epoçtları göndərilir XƏBƏRDARLIQ
Digərləri 18 Haz 2025 15:48:00 87 0
Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zamanı bəzi istifadəçilərə və müəssisələrə qurumun adından göndərilmiş kimi təqdim olunan saxta e-poçtların daxil olduğu müəyyən edilib.
Bu haberi de oku: İranda internet tamamilə kəsildi
Milli.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Həmin e-poçtlarda "Yaxın Şərq bölgəsində kibertəhlükələrin artması" ilə bağlı xəbərdarlıq edilir və istifadəçilərə sistemin təhlükəsizlik yenilənməsi adı altında "DOWNLOAD" düyməsi vasitəsilə zərərli fayl yükləmək təklif olunur.
Vizual baxımdan rəsmi üslubda tərtib olunan bu e-poçtlar fişinq hücumu xarakteri daşıyır və istifadəçiləri aldadaraq zərərli proqram təminatını cihazlarına yükləməyə sövq edir.
Kaynak: milli.az