Polis 21 yaşlı Əlisanı axtarır
Digərləri 18 Haz 2025 19:30:00 79 0
Cəlilabad rayon sakini itkin düşüb.
Bu haberi de oku: Kazinoların leqallaşdırılması Azərbaycan iqtisadiyyatına nə verəcək?
Son.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Kaynak: milli.az