Bakının bu ərazisində üç saat işıq olmayacaq
Digərləri 18 Haz 2025 21:21:00 84 0
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu haberi de oku: Yapon əfsanəsi 259 min avtomobili geri çağırır "Tormoz"u düzgün quraşdırmayıblarmış
Bu barədə Son.az-a "Azərişıq" ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kaynak: milli.az