Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
Digərləri 18 Haz 2025 23:13:00 68 0
Vətəndaşın mülkiyyəti tanınmayanda bir çox hüquqi proseslər qəlizləşir. Söhbət sənədsiz evlərdən gedir. Ölkə ərazisində onların sayı az deyil. Bu evlərlə bağlı sakinlərin ən çox əziyyət çəkdiyi ərazi Sulutəpə rayonudur.
Bu haberi de oku: Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır
Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə onlar xəstəxanaya getmək, övladlarını işə qoymaq və digər məsələlərdə qeydiyyat probleminə görə çətinliklə üzləşirlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, təkcə paytaxtda və Abşeron ərazisində 500 minə yaxın çıxarışla təmin oluna bilməyən fərdi yaşayış evləri, torpaq sahələri və müxtəlif növ əmlaklar mövcuddur:
"Hal-hazırda yeniliyə əsasən, yaxın gələcəkdə bu tip əmlaklara çıxarışla bağlı vətəndaşlar müraciət edərkən onların müraciəti daha dərindən araşdırılacaq və torpaqların təyinatında yaxud yerləşməsində hər hansı çətinlik olarsa, onlar tam müəyyən olduqdan sonra vətəndaşlara dolğun məlumat veriləcək. Vətəndaşlar aidiyyatı üzrə imtina aldıqdan sonra məcburən məhkəmə yolu ilə çıxarış almağa çalışırlar. Məhkəmə isə bəzən uzun çəkə bilər".
Ekspert dəyişikliklərin artıq bu tip əmlaklar üzərindən böyük hissəsinin çıxarışla təmin olunmasına səbəb ola biləcəyini qeyd edir.